Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ozurqetidə Nodar Dumbadze Beynəlxalq Teatr Festivalı başa çatıb

17.07.2025

Ozurqetidə Nodar Dumbadze Beynəlxalq Teatr Festivalı başa çatıb

“Nodar Dumbadze – gürcü ədəbiyyatı” adlı on gün davam edən festivalda Azərbaycan, İspaniya, Özbəkistan , Qazaxıstan İsrail və Yunanıstan teatrları ilə yanaşı 15 gürcü teatr truppası tamaşaçılara 21 tamaşa təqdim edib.

Tamaşalar Nodar Dumbadzenin və digər gürcü klassiklərinin əsərləri əsasında hazırlanıb. 12 nominasiya üzrə qaliblərə xüsusi mükafatlar, diplomlar və hədiyyələr təqdim olunub.

Adı çəkilən festivalda Gəncə Dövlət Milli Dram Teatrı və Aleksandr Tsutsunava adına Ozurqeti Dövlət Dram Teatrının birgə layihəsi əsasında tamaşaçılara Nodar Dumbadzenin "Kukaraça" tamaşası təqdim olunub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivalda iştirak edən Gəncə Dövlət Milli Dram Teatrı və Aleksandr Tsutsunava adına Ozurqeti Dövlət Dram Teatrı festivalın " Ən yaxşı müştərək layihə" nominasiyası ilə təltif olunub.