12.06.2025
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaş qəbulları davam edir.
Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən qəbullarda sakinlərin müraciət və təklifləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır.
Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu iyunun 12-də Göygöl rayonunda olub.
Qəbuldan əvvəl Adil Kərimli və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Ümummilli lider Heydər Əliyevin Göygöl şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.