Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Daşkəsəndə Kənd Təsərrüfatı Festivalı keçirilib

22.07.2025

İyulun 19-da Daşkəsən rayonunun 95 illiyinə həsr olunmuş “Daşkəsən Kənd Təsərrüfatı Məhsulları Festivalı” keçirilib. Festival Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və “AzerGold” QSC-nin dəstəyi ilə Daşkəsən rayon Gənclərin Təlim və İstirahət Mərkəzində baş tutub.

Tədbirdə RİH başçısı Orxan Abbasov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, ADAU-nun rektoru Zəfər Qurbanov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, şəhid ailələri, qazilər, fermerlər və rayon sakinləri iştirak edib.

Festival çərçivəsində kənd təsərrüfatı və sənətkarlıq məhsulları sərgilənib, milli mətbəx nümunələri təqdim olunub, folklor çıxışları və əyləncə proqramları təşkil olunub.

Tədbir möhtəşəm konsert və atəşfəşanlıqla yekunlaşıb.