Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“18 Sentyabr Milli Musiqi günüdür”

24.09.2018

Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə Samux rayon Heydər Əliyev Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 133 illiyi və “18 Sentyabr Milli Musiqi günüdür” adlı tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan professional musiqisinin yaradıcısı dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilmişdir.

Sonra məktəbin xor kollektivinin ifasında Azərbaycan Dövlət Himni səsləndirildi. Məktəbin müəllimləri bəstəkarın əsərlərini ifa etdilər.