03.06.2024
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Serotonin Neyro Psixoloji və reablitasiya mərkəzlərinin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş, Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların 1-ci forumu baş tutub.
Forum 02.06.2024-cü il tarixində Gəncə Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə psixoloqlar, valideynlər və müəllimlər iştirak ediblər.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova öz çıxışında qeyd edib ki, uşaqlar sosial statusundan, maddi təminat vəziyyətindən asılı olmayaraq daim dövlətin qayğısı ilə əhatə olunur. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqların gələcəyi ilə bağlı müxtəlif layihələr həyata keçirir.
Psixoloq Vüsalə Rzayeva, autizm yaşam təlimçisi, beynəlxalq dərəcəli fitnes trener Elşad Sadiqi, defektoloq-loqoped Zivər Qafarova, uşaq və yeniyetmələr üzrə psixoloq Alsu Süleymanova çıxışlarında xüsusi qayğıya ehtiyacı olan insanlara motivasiya olmaq ən önəmli faktorlardan biri olmasından bəhs ediblər. Qeyd olunub ki, ailələrin bir-birindən fərqləndiklərinə baxmayaraq, onların hamısı xüsusi qayğıya ehtiyacı olan, uşaqların xoşbəxt gələcəklərini arzulayan valideyinlərdir. Psixoloqlar bildiriblər ki, sağlam cəmiyyət üşün valideynlər övladlarının müsbətyönümlü bilik və bacarıqlarını tərifləyib, dəstəkləməlidir. Şagirdlərin rəqs nömrələri foruma xüsusi rəng qatıb.