Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Təbiət bizə nə öyrədir?” mövzusunda panel tədbir keçirilib

29.05.2024

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin  və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli  kitabxana filialının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  əlaqədar “Mədəniyyət vasitəsi ilə yaşıl həyata çağırış” layihəsi çərçivəsində “Təbiət bizə nə öyrədir?” mövzusunda panel tədbir keçirilib. 
Tədbirdə alpinistlər Turan Əhmədov, Ramil Vəliyev, dağçı-bələdçi Orxan  Əmirxanov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin əməkdaşları, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin  könüllüləri, 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzinin könüllüləri, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin tələbələri iştirak ediblər. 
Panel tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər 
Əliyev Mərkəzinin direktoru qeyd edib ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin bariz nümunəsidir. O, həmçinin “Mədəniyyət vasitəsi ilə yaşıl həyata çağırış” layihəsi haqqında məlumat verib.
Tədbirin moderatoru 16 nömrəli  kitabxana filialının müdiri bildirib ki, bu gün planetimiz ciddi ekoloji problemlərlə üzləşir və bu məsələlərin həlli üçün hamımızın çalışması vacibdir. “Yaşıl dünya naminə həmrəylik ili”  bizə bu birliyi və həmrəyliyi bir daha xatırladır. 
Tədbirdə iştirak edən qonaqlar öz çıxışlarında ətraf mühitin qorunmasının nə qədər vacib olduğunu vurğulayıblar. Onlar qeyd ediblər ki, təbiət bizə səbir, ahəng, müxtəliflik və hörmət kimi dəyərləri öyrədir. Bu dərsləri həyatımızda tətbiq edərək, daha yaxşı və harmonik bir dünya yarada bilərik. 
Tədbir diskussiya formasında keçib, gənclərin mövzu ətrafında sualları cavablandırılıb. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.