Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə Dövlət Milli Dram Teatrında ”Mədəniyyətə Könül Ver” layihəsi çərçivəsində ”Sözün sehri” adlı qiraət gecəsi keçirilib

25.05.2024

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilati dəstəyi,  "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Milli Dram Teatrında "Mədəniyyətə Könül Ver" layihəsi çərçivəsində "Sözün sehri" adlı qiraət gecəsi keçirilib. 
Qiraət gecəsində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri, ictimaiyyət nümayəndələri,müəssisə və təşkilat rəhbərləri, tələbələr iştirak ediblər. “Mədəniyyət Könüllüləri” İB-nin sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli tədbir iştirakçılarını salamlayıb, qurumun məqsədi və fəaliyyəti haqqında məlumat verib. 
Tədbirdə şeirsevər  aktyorlar Həsən Fəttan, Məhəmməd Hacıyev, ziyalılar Əsgər Məmmədov, Mətanət Məmmədova, Mehriban Məmmədova, Lalə Həsəncan, Fidan Böyükbabalı və gənclər Sevinc Məmmədova, Solmaz Zeynalova, Ceyhun İsmayılov, Xalidə Nəbiyeva, Türkan Mehdiyeva tərəfindən bəstəkar Ülviyyə Bəbirlinin musiqi kompozisiyası sədaları ilə Azərbaycan poeziyasının saysız-hesabsız şəxsiyyətlərinin, görkəmli ədəbiyyat nümayəndələrinin əsərlər toplusundan vətənpərvərlik və sevgi mövzusunda şeirlər, poemalar səsləndirilib. Sonda tədbirin aparıcısı Xuraman Ağayeva və  qiraətçilər “Mədəniyyətə Könül Ver” layihəsi çərçivəsində “Sözün sehri” adlı qiraət gecəsində iştirak etdiklərinə görə "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin diplomu ilə təltif olunublar.