Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə Qəmbər Hüseynlinin xatirəsi yad edilib

16.04.2024

 

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin 108 illiyi qeyd olunub. 

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə,Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, bəstəkarın ailə üzvləri və şəhər rəsmiləri iştirak ediblər.  

Onlar dünya şöhrətli bəstəkarın şəhərin Filarmoniya bağındakı məzarı üzərinə tər çiçəklər düzüblər. Daha sonra tarda bəstəkarın hər kəs tərəfindən sevilən “Ay işğında” mahnısı ifa olunub.

Qeyd edək ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Bəstəkarın "Cücələrim" mahnısı dünyanın 148 xalqının dilinə tərcümə olunub. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə qədər  "Cücələrim" kimi öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Bəstəkar 1961-ci il iyulun 31-də vəfat edib.