Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yaradıcı müzakirələr” layihəsi paytaxt və regionlarda keçiriləcək

02.04.2024

“Yaradıcı müzakirələr” layihəsi paytaxt və regionlarda yaradıcı sənayelər sahəsində yeni istedadların aşkar olunması məqsədilə keçirilir. Layihə çərçivəsində 2024-cü ildə 10-dan çox klaster üzrə 100 tədbir keçiriləcək. Tədbirlər 10 şəhər və rayonda – Bakı, Sumqayıt, Şamaxı, Şəki, Mingəçevir, Gəncə, Quba, Lənkəran, Naxçıvan, Şuşada təşkil olunacaq. Tədbirlər ustad dərsləri, tanınmış insanlarla görüşlər və təlimlərdən ibarət olacaq.
Tədbirlər yaradıcı sənayelərin kino, animasiya, musiqi, teatr, təsviri və tətbiqi sənət, kulinariya, foto klasterləri üzrə mövzuları əhatə edir. Eyni zamanda qeydiyyat zamanı hər bir iştirakçı siyahıda olmayan amma arzu etdiyi mövzunun adına dair təklifini verə bilər.

Qeydiyyatdan keçmək üçün bu linkə daxil olmağınız xahiş olunur: https://talks.creative.az/#main 

Qeydiyyatdan keçdikdən sonra bu WhatsApp qrupa üzv olmaqla təlimlərə dair yeniliklər ilə tanış ola bilərsiniz: https://chat.whatsapp.com/DCobcghtNujIhuictYmjml 

Təlimlərin tarixi: 7-8 may
Məkana dair məlumat veriləcək.