19.03.2024
16.03.2024-cü il tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə Gəncə şəhər 4 saylı Uşaqlar Evində Novruz bayramına həsr olunmuş "Elimizə Novruz gəlir" adlı bayram şənliyi keçirilib.
Tədbirdə Novruz bayramı adət-ənənələri aid səhnəciklər göstərilib, müxtəlif musiqi nəğmələri səslənib, bayram əhval-ruhiyyəsi yaradılıbdır. Daha sonra uşaqlara bayram sovqatları paylanılıb.
Sonda uşaq evinin balaca sakinləri bayram şənliyi üçün hazırladıqları mahnı və rəqsləri təqdim ediblər.