Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq Sülh gününə həsr olunmuş rəsm sərgisi

21.09.2018

Goranboy Dövlət Rəsm Qalereyasında 21 sentyabr – Beynəlxalq Sülh gününə həsr olunmuş rəsm sərgisi nümayiş etdirilmişdir.

Qalereyanın direktoru Çinarə Abdullazadə çıxış edərək bildirmişdir ki, Beynəlxalq Sülh günü BMT-nin 30 noyabr 1981-ci il qərarına əsasən bütün dünyada qeyd olunur. 21 sentyabr nəinki yalnız xalqalar arasında, həmçinin ailələrdə, məktəblərdə, köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün qeyd olunan bir gündür. Bu səbəbdən də 21 sentyabr bütün planet insanları üçün çox vacibdir.