Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşa sən azadsan” və “Hadrut sən azadsan” bədii filimləri ödənişsiz şəkildə nümayiş olunub.

06.03.2024

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə şəhər Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin, "CineMastercard "-ın dəstəyi ilə 27.02.2024, 29.02.2024, 02.03.2024, 03.03.2024 tarixlərdə "Zəfər Yoluna Qürurlu Baxış Həftəsi” ndə “CineMastercard Xəmsə Park”, “CineMastercard Gəncə Mall”da “Şuşa sən azadsan” və “Hadrut sən azadsan” bədii filimləri ödənişsiz şəkildə nümayiş olunub.

Məqsədimiz gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi və asudə vaxtlarının səmərəli istifadə edilməsini təşkil etməkdir.

"Şuşa sən azadsan" Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyasının birgə istehsalı olan sənədli filmdir. Filmin baş prodüseri Arzu Əliyevadır.
Burada əsas məram, müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan "Şuşa əməliyyatı"nın diqqətçəkici məqamlarının gənc izləyicilərə çatdırılmasıdır. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman Xüsusi Təyinatlılarımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.

Həmçinin, "Hadrut, sən azadsan!" sənədli filmi də real hadisələr üzərində qurulub və "Hadrutun azad olunması"planının strategiyasıdır. Film video və faktlar əsasında səhnələşdirilib. "Hadrut, sən azadsan!" filmi "Şuşa, sən azadsan!" filminin davamı olaraq Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın istəyi və təşəbbüsü ilə ərsəyə gəlib.