Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalqın Mədəni Sərvəti layihəsi çərçivəsində görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevə həsr olunmuş Musiqi Paradı başa çatıb

17.02.2024

14-16 fevral tarixlərində keçirilən "Xalqın Mədəni Sərvəti" layihəsi çərçivəsində görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevə həsr olunmuş Musiqi Paradı başa çatıb. 

Musiqi Paradının təntənəli bağlanışı Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində baş tutub. Layihənin ideya müəllifi, bədii rəhbəri, Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək layihənin gerçəkləşməsində ilk növbədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə, bütün musiqi məktəblərinin müəllim və şagirdlərinə təşəkkürünü bildirərək qeyd edib ki, bu cür layihələr Gəncənin klassik mədəni həyatında hadisəyə çevrilir. O bildirib ki, bundan sonra da bu cür layihələrin gerçəkləşməsində Filarmoniya öz xidmətlərini göstərəcək. Bağlanışda Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin  müşayiəti ilə Qara Qarayevin əsərləri səsləndirilib. Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Qeyd edək ki, Urban Mərkəzində keçirilən təntənəli bağlanış mərasimində həmçinin Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin sərgisi də təşkil olunub.