Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalqın mədəni sərvəti layihəsi əbədiyaşar bəstəkarımız, SSRİ Xalq artisti Qara Qarayeva həsr olunub

15.02.2024

“Xalqın mədəni sərvəti” adlı layihə çərçivəsində Qara Qarayevin əziz xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib.
 
Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirən "Xalqın mədəni sərvəti" layihəsi əbədiyaşar bəstəkarımız, SSRİ Xalq artisti Qara Qarayeva həsr olunub.

Layihənin ikinci günü Gəncə Mall-da Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbi, Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi, Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbi, Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbi və Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbi və Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdlərinin iştirakı ilə Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı və rəsm sərgisi keçirilib. 

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə baş tutan layihə çərçivəsində Azərbaycanın əbədiyaşarları müxtəlif mədəniyyət müəssisələri, musiqi məktəbləri, istirahət mərkəzlərində gənc nəsil tərəfindən təbliğ olunur.