Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində mədəniyyət işçiləri İrzayev Rafik Camal oğlu və Əsədov Xanlar İslam oğlu ilə görüş keçirilib

12.02.2024

12 fevral 2024-cü il tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində mədəniyyət işçiləri İrzayev Rafik Camal oğlu və Əsədov Xanlar İslam oğlu ilə görüş keçirilib. 
Görüşdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini icra edən Pərvin Kazımov İrzayev Rafik Camal oğlu və Əsədov Xanlar İslam oğluna mədəniyyət  və musiqi təhsili sahəsində çox illik əmək fəaliyyətinə habelə gənc nəslin estetik tərbiyyəsində səmərəli işinə görə təşəkkür edib.
Daha sonra Azərbaycan Respublikası Mədəniyyət naziri cənab Adil Kərimlinin adından İrzayev Rafik Camal oğlu və Əsədov Xanlar İslam oğluna Mədəniyyət Nazirliyinin “Fəxri Fərmanları” təqdim edilib.