Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində Gəncə Dövlət Dram Teatrının aktyoru, Respublikanın Əməkdar artisti Ramiz Vəliyevin 65 illik yubileyi və səhnə fəaliyyətinin 50 illiyi, həmçinin şair, publisist İnqilab İsaqın isə 70 illik yubileyi münasibətilə görüş keçirilib

06.02.2024

6 fevral 2024-cü il tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində Gəncə Dövlət Dram Teatrının aktyoru, Respublikanın Əməkdar artisti Ramiz Vəliyevin 65 illik yubileyi və səhnə fəaliyyətinin 50 illiyi, həmçinin şair, publisist İnqilab İsaqın isə 70 illik yubileyi münasibətilə görüş keçirilib. 

Görüşdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini icra edən Pərvin Kazımov Ramiz Vəliyevə və İnqilab İsaqa yubiley münasibətilə təbrik edərək uğurlar arzulayıbdır. 

Daha sonra Şair, publisist İnqilab İsaqa Azərbaycan Respublikası Mədəniyyət naziri cənab Adil Kərimlinin adından  Mədəniyyət Nazirliyinin fəxri diplomu təqdim edilibdir.