18.09.2018
Xocalı şəhər 2 №-li Uşaq Musiqi Məktəbində Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olmasının 133 ili təntənəli şəkildə qeyd olunmuşdur.
Tədbir dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin bəstələdiyi Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanmışdır. Giriş sözü ilə məktəbin direktoru İmran Mirzəyev çıxış etmiş, ölməz bəstəkarın həyat və yaradıcılığından geniş söhbət açmışdır.
Məktəbin müəllim və şagird kollektivi dahi bəstəkarın əsərlərindən ibarət geniş konsert proqramı ilə çıxış etmişlər.