Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə ”Gəncliyin səsi” festivalı çərçivəsində sərgi keçirilib

02.02.2024

2014-cü ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş X "Gəncliyin səsi" festivalı çərçivəsində Gəncədə "Gəncənin gəncləri" layihəsi təqdim olunub.

 Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Urban Mərkəzində baş tutan layihə zamanı Gəncədə fəaliyyət göstərən gənc rəssam, heykəltaraş, fotoqrafların əsərləri, əl işlərinin sərgisi böyük izdihamla qarşılanıb.

Sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin başçışı,  hökumət nümayəndələri, millət vəkilləri iştirak ediblər.  Sərgi konsert proqramı ilə davam edib.

Sonda fəal gənclərə fəxri fərmanlar təqdim olunub.