Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi ilə əlaqədar dəyirmi masa təşkil olunub

23.01.2024

22.01.2024-cü il tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi ilə əlaqədar dəyirmi masa təşkil olunub. Tədbirdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin nümayəndələri, İdarəninin tabeliyində fəaliyyət göstərən  Heydər Əliyev Mərkəzlərinin direktorları, Gəncə Şəhər İcra Hakimiyyətinin Tabeliyində "Park-Xiyaban" İstismar və Mühafizə İdarəsinin  direktoru və Mərkəzin kollektivi iştirak ediblər. Mərkəzin əməkdaşları 10 il ərzində görülən işlər, keçirilən maraqlı layihələr və yadda qalan xatirələri  haqqında danışıblar.  Tədbirdə iştirak edənlər Mərkəzin kollektivini təbrik edərək qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği, ideoloji maarifləndirmə tədbirləri, gənc nəslin vətənpərvər ruhda yetişməsi istiqamətində görülən işlər təqdirə layiqdir. Sonda kollektivə gələcək işlərində uğurlar və səmərəli fəaliyyət arzulanıb.