Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

GƏNCƏ DÖVLƏT FİLARMONİYASINDA MİRZƏ ŞƏFİ VAZEHƏ HƏSR OLUNMUŞ GECƏ KEÇİRİLİB

15.01.2024

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin anadan olmasının  230 illik yubileyi münasibətilə ədəbi-bədii gecə təşkil olunub.
Gecədən öncə qonaqlar filarmoniyanın foyesində Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar. 
Gecədə Mirzə Şəfi Vazehin qəzəllərinin səsləndirilməsi, muğam-xoreoqrafik kompozisiyanın nümayişi tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
Gəncədə ilk dəfə keçirilən və böyük coşğuyla qarşılanan ədəbi-bədii gecə qeyri-adiliyi ilə yadda qalıb.