08.01.2024
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə “Xalqın mədəni sərvəti” layihəsinə start verilib. Layihə çərçivəsində Azərbaycanın görkəmli bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirovun əsərlərindən ibarət “Musiqi paradı” keçirilir. İlk dəfə keçirilən layihənin birinci günü Gəncə Mall-da Gəncə şəhərində fəaliyyət göstərən Fikrət Əmirov adına 1 nömrəli UMM, Telman Hacıyev adına 2 nömrəli UMM və
Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin şagirdləri Fikrət Əmirovun əsərlərini ifa ediblər.
Qeyd edək ki, 15 yanvar tarixinədək baş tutacaq layihə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilir.