Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanmış tamaşa nümayiş olunub.

23.12.2023

22 dekabr 2023-cü il tarixində  Gəncə Dövlət Dram Teatrında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar  "Xurşidbanu Natəvan" pyesi əsasında hazırlanmış tamaşa nümayiş olunub. 

"Xurşidbanu Natəvan" pyesi əsasında hazırlanmış tamaşa Gəncə Dövlət Dram Teatrının təşkilati dəstəyi, Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Filarmoniyasının dəstəyi, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin  və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının tələbələrinin təqdimatında nümayiş olunub.  Tamaşada idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, tələbələr iştirak ediblər. Tamaşanın hazırlanmasında məqsəd Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası və  “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar Strategiyanın hədəf qrupları olan yaradıcı, istedadlı gənclərə dəstək olmaq və gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsinə şərait yaratmaq olub. 
Tamaşaya baxdıqdan sonra gənclərlə  görüşdə qeyd olunub ki, Ulu Öndər  Heydər Əliyev gənc yaşlarından teatra çox bağlı idi. Məktəb və tələbəlik illərində dram dərnəklərində səhnədə də çıxış edən Heydər Əliyev teatrı çox sevirdi və Azərbaycan milli teatrını xalqımızın milli sərvəti adlandırırdı. Ümummilli lider müntəzəm olaraq teatr tamaşalarına baxır, yaradıcı heyətlə görüşür, tövsiyələrini verirdi. 1981-ci ildə görkəmli dramaturqumuz İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesinin tamaşasına Azərbaycan KP MK-nin büro üzvləri ilə birlikdə baxan Heydər Əliyev əsərin və tamaşanın orjinal  təhlilini vermiş, ifaçılara öz fikirlərini söyləmişdi:  “Siz ilk növbədə Natəvan – bu şairə haqqındakı şaiyələrə son qoydunuz. Natəvanı gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz, bununla yanaşı, gözəl xan qızının timsalında siyasi baxımdan və onun xan qızına layiq hərəkətləri ilə bizim şərq qadınlarının obrazını yarada bildiniz. Mən buna görə sizə sağ ol deyirəm. Həm də son monoloqunuza görə sağ ol deyirəm”.
Tamaşa izləyicilər tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.