Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ustad aşıq, əməkdar mədəniyyət işçisi Fətullah Göyçəlinin yaradıcılıq gecəsi keçirilib

23.12.2023

22 dekabr 2023-cü il tarixində  “Heydər Əliyev ili” çərçivəsində Ustad aşıq, əməkdar mədəniyyət işçisi  Fətullah Göyçəlinin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl rayon Mədəniyyət Mərkəzində yaradıcılıq gecəsi keçirilib. Tədbirdə rayon ziyalıları, aşıq musiqisi sevərlər və rayon mədəniyyət işçiləri iştirak edib. Çıxış edənlər Ulu öndər Heydər Əliyevin aşıq sənətinə göstərdiyi diqqət və qayğıdan söz açıb, Aşıq Fətullah Göyçəli yaradıcılığından və onun aşıq sənətinə göstərdiyi xidmətlərdən danışıblar. Dastançı Aşıq Fətullah həm də 5 Kitab müəllifi, 72 aşıq havası bilicisi və 25 dastan ifaçısıdır. Tədbirdə həmçinin Əməkdar Mədəniyyət İşçiləri Aşıq Əhliman Kəlbəcərli, Aşıq Şöhrət, Fəxri Mədəniyyət işçisi Aşıq Ələddin və başqaları iştirak edib. Onların ifasında tamaşaçılara aşıq havaları təqdim olunub. Gecədə rayon mədəniyyət işçilərinin təqdimatında aşığın şeirləri səsləndirilib.
Sonda ustadın həyat və fəaliyyətindən bəhs edən video-çarx təqdim olunub, xatirə şəkilləri çəkdirilib.