Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə Dövlət Filarmoniyasında Rəşid Behbudovun əziz xatirəsinə həsr olunmuş konsert proqramı təqdim edilib

14.12.2023


14 dekabr Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, bənzərsiz ifası və səsi ilə milli musiqimizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda tanıdılmasında böyük rol oynayan Rəşid Behbudovun anadan olmasının 108 illiyi təntənəli qeyd edilib. 

Konsert proqramından öncə filarmoniyanın foyesində Rəşid Behbudovun mahnılarından ibarət musiqilər səsləndirilib.
 
Gecədə Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblı və Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Əməkdar artistlər Anar Şuşalı, Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, gənc ifaçılar Şaban Cəfərov, Tural Abdullayev, Rüstəm Cəfərov, Əli Məmmədov tərəfindən səsləndirilən Rəşid Behbudovun ifalarından ibarət mahnnılar gurultulu alqışlarla qarşılanıb. Həmçinin filarmoniyanın rəqqas və balet artistləri Aygün Məsimova, Mehriban Məmmədova, Fəridə Mustafayeva, Aytəkin Kərimli, Elçin Bənicəlali tərəfindən nümayiş etdirilən teatrlaşdırılmış rəqs nömrələri tamaşaçıların böyük marağına səbəb olub.

Konsertdə Gəncə şəhərinin rəsmiləri, ziyalıları, mədəniyyət, incəsənət xadimləri və görkəmli müğənninin parlaq sənətinin vurğunları iştirak ediblər.