Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev və Gəncə mədəniyyəti” adlı film təqdim edilib

08.12.2023

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 7 dekabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı “Heydər Əliyev və Gəncə mədəniyyəti” adlı filmi təqdim etdi.
İdeya müəllifi və rejissoru Ramil Qasımovun olduğu filmdə Ümummilli Liderin Gəncəylə bağlılığı, incəsənət xadimlərinin Heydər Əliyevlə bağlı xatirələri, həmçinin Gəncənin ictimai-siyasi, mədəni həyatında Heydər Əliyevin danılmaz xidmətləri əks olunub.
Qonaqlar əvvəlcə filarmoniyanın foyesində təşkil olunan Ümummili Lider Heydər Əliyevə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar. 
Filmin təqdimatından sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə Heydər Əliyevin sevdiyi əsərlərdən ibarət konsert proqramı təqdim edilib.
Gecədə Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri, mədəniyyət, incəsənət xadimləri və Gəncə ziyalıları iştirak ediblər.