Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sülh bəşəriyyətin xilaskarıdır

21.09.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı filialında 21 sentyabr 2018-ci il tarixdə Beynəlxalq Sülh günü münasibətilə “Sülh bəşəriyyətin xilaskarıdır” başlığı altında dəyirmi masa kecirildi.

Tədbirdə Gəncə Dövlət Universitetinin tələbələri və kitabxananın oxucuları iştirak edirdi.

16 saylı filialın müdiri Lyudmila Axundova tədbir iştirakçılarını salamlayaraq, bu gün münasibətilə təbrik etdi. Lyudmila Axundova çıxışında sülhün mahiyyətindən, dünyada olan əhəmiyyətindən söz açdı.

Tədbirdə iştirak edən Gəncə Dövlət Universitetinin tələbələri mövzu ilə bağlı öz fikirlərini bildirdilər.

Sonda gənc oxucu Xaqani Fərəcov çıxış edərək, gəncləri Azərbaycanda sülh və sabitliyin qorunmasında öz töhfələrini verməyə çağırdı