Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gəncə şəhərinin mədəni irsinin, tarix və mədəniyyət abidələrinin təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib

24.11.2023

​​​​​24 Noyabr 2023-cü il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun və AMEA-nın Gəncə Bölməsinin dəstəyi ilə “Gəncə şəhərinin mədəni irsinin, tarix və mədəniyyət abidələrinin təbliği” mövzusunda maarifləndirici tədbir təşkil olunub.   

Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri  Yadigar Bədəlov, ADAU-nun tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin sektor müdiri Nurəddin Babazadə,  Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Nail Məmmədov, Gəncə Dövlət Tarix- Mədəniyyət Qoruğunun direktor müavini – Vüsal Alıyev, aidiyyəti dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisəsinin müəllim və tələbələri iştirak ediblər.    

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Aidə Qasımova giriş nitqi ilə çıxış edərək, tədbir iştirakçılarını salamlayıb və mövzu barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən dövlət mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri tarixi-mədəni irsin qorunması və təbliği, eləcə də dünya mədəni irsi sahəsində maarifləndirilmənin aparılmasıdır.

Yadigar Bədəlov tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayıb. Bildirib ki, tarixi-mədəni irsimizin qorunması, həmçinin maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanılır. Qədim Gəncə şəhəri, özünün zəngin mədəni irsi ilə xalqımızın milli sərvətlərinin qorunması işinə öz layiqli töhfəsini verir. Şəhərdə dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması işinin təşkil edilməsi, abidələrinn istifadəsi və təbliği sahəsi ilə bağlı aidiyyəti dövlət  qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən müəyyən tədbirlər həyata keçirilir.

Çıxışlar zamanı mövuzuya uyğun  videoslaydlar da nümayiş olunub.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.