Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik ” adlı şagird və müəllimlərin birgə VIII Elmi-İfaçılıq konfransı keçirildi

23.11.2023

20 Noyabr 2023-cü il tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik ” adlı şagird və müəllimlərin birgə VIII Elmi-İfaçılıq konfransı keçirildi.
Konfransda Bakı şəhəri Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin və Gəncə şəhəri Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbin müəllim və şagird kollektivləri iştirak etmişdir. 
İlk öncə hər iki məktəbin direktorları Aidə Əmrahova və  professor Adilə Yusifova çıxış etdilər. Sonra tədbirin aparıcısı  bəstəkarın yaradıcılığı, onun müxtəlif janırlarda bəstələdiyi əsərlər haqqında geniş məlumatla çıxış etdi. Hər iki məktəbin müxtəlif ixtisaslardan olan şagirdləri  əsərləri təhlil edərək ifa etdilər. F.Əmirovun “Orgiya ”, “ Ballada”, “Göy-Göl”, ”Min Bir Gecə” baletlərindən Şəhrizadın Şənliyi  və s. əsrarəngiz musiqiləri səsləndirilib. Bəstəkarın yaradıcılığının müxtəlif sahələri –vokal kamera,insturmental,səhnə əsərləri ,simfonik yaradıcılığı musiqişünaslar tərəfindən ətraflı şəkildə məruzə edilib və video – slaydlar təqdim olunub.
Aparılan müzakirələrin nəticəsində bu tip konfransların mütəmadi keçirilməsi və uşaq musiqi məktəblərinin potensialının inkişafına təkan verməsi fikirləri səsləndirilmişdir. 
Yekunda Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi tərəfindən hər iki məktəb direktorlarına və kollektivlərinə təşəkkürnamələr verilmişdir.