Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gəncəsənət - Payız çalarları” İncəsənət, Sənətkarlıq və Yaradıcılıq sərgi-yarmarkası keçirilib

06.11.2023

Gəncə şəhərində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Məşğulluq filialı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gəncə Regional Turizm İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi ilə “Gəncəsənət - Payız çalarları” İncəsənət, Sənətkarlıq və Yaradıcılıq sərgi-yarmarkası keçirilib. Gəncə Filarmoniya Bağı və Urban Mərkəzində təşkil olunmuş yarmarkada regionda fəaliyyət göstərən 100-ə yaxın sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunub.

Sərgidə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə - Daşkəsən RMİ-nin rəis vəzifəsini icra edən Pərvin Kazımov, KOBİA-nın Gəncə - Qazax Regional Koordinatorluğunun koordinatoru Anar Əliyev, Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, Gəncə - Daşkəsən Regional Məşğulluq Filialınnın müdiri Elməddin qurbanov, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sərgi-yarmarkasının keçirilməsində məqsəd sənətkarlıq məhsullarının satışına və bu sahədə alıcıq qabiliyyətinin artırılmasına dəstək olmaq, regionun sənətkarlıq nümunələrinin tanıdılması, qədim sənət ənənələrinin dirçəldilməsi və şəhərin mədəni həyatının canlandırılması, eləcə də yaradıcılıqla məşğul olan sənətkarlar ilə insanlar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi olmuşdur.