04.11.2023
Təsdiqlənmiş vətəndaş qəbulu cədvəlinə əsasən, Gəncə-Daşkəsən Regional Mədəniyyyət İdarəsinin rəisi vəzifəsini icra edən Pərvin Kazımov tərəfindən, 4 noyabr 2023 - cü il tarixində Samux rayonunda vətəndaşların müraciəti dinlənilib.
Müraciətlər əsasən işlə təmin olunma, mədəniyyət sahəsi ilə əlaqədar təklif, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub.
Vətəndaşları ayrı-ayrılıqda dinləyən Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar vermişdir.