Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göygöl şəhərində Hüseyn Cavidin ”Ana” əsəri tamaşaya qoyulub

29.10.2023

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 27 oktyabr 2023-cü il tarixində Gəncə Dövlət Dram Teatrı tərəfindən Göygöl Rayon Mədəniyyət Mərkəzində Hüseyn Cavidin "Ana" əsəri tamaşaya qoyulmuşdur.

 
Səhnə əsərində ədib, dramatik eyni zamanda həyati və inandırıcı səhnələri təsvir etməklə, ələlxüsus da ananın mərhəmətini, xarakterindəki alicənablığı qabartmaqla yer üzündə qan izini kəsməyin zəruriliyini və bunun mümkun olması ideyasından danışılıb.

Bu kimi tamaşaların keçirilməsində məqsəd regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha səmərəli keçirilməsi və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.