27.10.2023
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Göygöl Milli Parkının təşkilatçılığı, Gəncə Uşaq İncəsənət və Rəssamlıq Məktəblərinin dəstəyi ilə 26 oktyabr 2023-cü il tarixində şagirdlər üçün plener keçirilmişdir.
Plenerdə Gəncə Uşaq İncəsənət ilə Rəssamlıq Məktəbinin şagird və kolektiv heyətləri iştirak etmişdirlər. Plener çərçivəsində Maral gölün və ətraf təbiətin etüdları rəsm edilmiş, uşaqlara peyzajların işlənilməsi istiqamətində məsləhətlər verilmiş, vaxtlarının əyləncəli və səmərəli keçirilməsi təşkil edilmişdir.
Eyni zamanda, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi ilə Göygöl Milli Parkının rəhbərliyi arasında gələcəkdə bu istiqamətdə fərqli tədbirlərin keçirilməsi haqqında fikir mübadiləsi aparılmışdır.