Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yurdda sülh, cahanda sülh”

21.09.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində Beynəlxalq Sülh Günü münasibətilə “Yurdda sülh, cahanda sülh” başlığı altında viktorina keçirildi.

Viktorinada 27 saylı məktəb-liseyin III sinif şagirdləri iştirak etdilər. Tədbiri şöbənin müdiri Ellada Rəhimova açaraq iştirakçılara 21 Sentyabr – Beynəlxalq Sülh gününün yaranma tarixi haqqında məlumat verdi. Bildirdi ki, bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır – Sülh!. Bu söz ana sözü kimi sadə, həyat sözü kimi şirin azadlıq sözü kimi əzəmətli və yüksəkdir.

Sonra uşaqlarla maraqlı viktorina keçirildi. Şagirdlər iki komandaya ayrıldılar. “Odlar yurdu” və “Qartal”. Onlar sülh haqqında tərtib olunmuş sualları dinləyib çox həvəslə cavablandırdılar Suallar əsasən”Sülh haqqında nə bilirsiniz”, “Sülh istəyirsiniz ya müharibə?, Sülhü necə bərqarar etmək olar?, “Sülh quşu hansı quşdur” və s. səpkidən ibarət idi. Tədbi şagirdlərin böyük puh yüksəkliyi ilə sona çatdı.