Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oktyabrın 18-də Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

18.10.2023

Oktyabrın 18-də Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin birgə  təşkilatçılığı ilə Azərbaycan dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə,  Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini icra edən Pərvin Kazımov, şöbə müdiri Həsən Məmmədov, şöbənin əməkdaşları, Mədəniyyət İdarəsinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Çıxışlarda vurğulanıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanıb, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan edib. Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizi qorunub saxlanılması və möhkəmləndirilməsi  istiqamətində yorulmaz fəaliyyəti, eyni zamanda  Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından danışıblar.

 

1.2 MB

 

1.3 MB

 

1.3 MB