Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Həsənov Fariz Şahin oğlunun həyat yoldaşı Əzizə Farizin “Sevən qəlbin fəryadı” adlı kitabının təqdimatı keçirilib.

17.10.2023

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialının təşkilatçılığı ilə II Qarabağ-Vətən müharibəsinin Şəhidi Fariz Şahin oğlu Həsənovun anım günü ilə əlaqədar Şəhidin həyat yoldaşı Əzizə Farizin “Sevən qəlbin fəryadı” adlı kitabının təqdimatı keçirilib.

Tədbirdə Şəhid Fariz Həsənovun ailə üzvləri və qohumları, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, Şəhid Hacı Rauf Əsgərovun və Şəhid Emin Əmrahovun anaları, I Qarabağ və II Qarabağ-Vətən müharibəsinin qaziləri, Gəncə İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin sədri, Gəncə Maarif Evi İctimai Birliyinin direktoru və könüllüləri, Gəncə şəhər 24№-li tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, II Qarabağ-Vətən müharibəsinin Şəhidi Hacı Rauf Əsgərovun anası Brilyant Əsgərova, II Qarabağ-Vətən müharibəsinin qazisi Cəfər Məmmədov, Gəncə İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin sədri Sitarə Hacıyeva, Gəncə Maarif Evi İctimai Birliyinin direktoru İmamverdi Vəliyev, öz çıxışlarında qeyd ediblər ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı müstəqilliyimiz, ərazi bütövlüyü uğrunda qurban gedənlər hər qarış yurd yeri üçün canlarından keçərək müasir qəhrəmanlıq tariximizin səhifələrini dönməzlikləri, ölümün gözünə dik baxmaq bacarıqları ilə yazdılar, şəhidlərimiz ölümləri ilə bir həqiqəti təsdiqlədilər qəhrəman o insandır ki, özünü həyat uğrunda mübarizələrdə ölümə qalib gəlməklə təsdiqləyir.

Tədbirin sonunda Əzizə Fariz “Sevən qəlbin fəryadı” kitabını Gəncə ictimaiyyətinin nümayəndələrinə təqdim edilib.