Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əməkdar artist Elxan Yunis Kral Beranje roluna görə “Ən yaxşı kişi aktyoru” nominasiysına layiq görülüb. 

16.10.2023

Gəncə Dövlət Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi və Avrasiya Teatrlar Birliyinin təşkilatçılığı ilə cari ilin 11-15 oktyabr tarixində İstanbulda keçirilən V Maltəpə Beynəlxalq Teatr Festivalında E.İoneskonun "Kral ölür" tamaşası ilə iştirak edib. Festivalın mükafatlandırma mərasimində Gəncə Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Elxan Yunis Kral Beranje roluna görə “Ən yaxşı kişi aktyoru” nominasiysına layiq görülüb. 

 

Qeyd edək ki, festivalda teatrın direktoru Aqil Bəhramlı beynəlxalq münsiflər heyətinin tərkibində yer alıb. Avrasiya Teatrlar Birliyinin Azərbaycan üzrə təmsilçisi, teatrın aktyoru isə Yusif Cəfərov birliyin toplantısında ölkəmizi təmsil edib.

 

 

52.5 KB

 

140.2 KB

 

43.2 KB