12.10.2023
14-18 sentyabr 2023-cü il tarixlərində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara və İstanbul şəhərlərində “TÜRKSOY” təşkilatının qurluşunun 30 illiyinə həsr olunmuş “Gənc Rəssamların gözü ilə Türk Dünyası Rəsm Yarışması” keçirilmişdir. Yarışmada Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdləri Rzayeva Günel 1-ci yer tutaraq qızıl medalla təltif edilmiş, Allahverdiyeva Dürdanə isə 2-ci yerə layiq görülmüşdür. Bu münasibətlə Gəncə - Daşkəsən RMİ-nin rəisi vəzifəsini icra edən Pərvin Kazımov qalib şagirdləri təşəkkürnamə ilə təltif etmiş, öz tövsiyələrini verərək gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.