Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində “Mədəniyyət və Yaradıcılıq Sənayelərinin dəstəklənməsi” mövzusunda dəyirmi masa keçirilib.

12.10.2023

Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Pərvin Kazımov, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat nümayəndələri, o cümlədən incəsənət və yaradıcı sahədən olan şəxslər iştirak ediblər.

Toplantıda Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) haqqında geniş məlumat verilib.  Bildirilib ki, YMS dünya iqtisadiyyatında dinamik inkişaf edən sahələrdən biri olmaqla iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya və innovasiyaları birləşdirən sənaye növüdür. Dəyirmi masada, o da vurğulanıb ki, Azərbaycanda yaradıcı sənayenin geniş inkişaf perspektivləri var və tarixən ölkəmizin ayrı-ayrı regionlarında insanlar dulusçuluq, xalçaçılıq, miniatür sənəti kimi sahələrə böyük maraq göstəriblər.

Tədbirdə Azərbaycanda kreativ sənaye sahəsində fəaliyyət göstərən sahibkarların vahid reyestrinin yaradılması ilə bağlı təklif səsləndirilib.

Daha sonra incəsənət və yaradıcılıqla məşğul olan şəxslərin mədəniyyət və yaradıcı sənayelərin dəstəklənməsi üzrə təklifləri dinlənilib.

 

65.7 KB

 

51.9 KB

 

61.2 KB

 

61.7 KB