Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Musiqili Sərg

18.09.2018

Samux rayon Mədəniyyət Mərkəzinin Qarayeri qəsəbə Mədəniyyət evində 18 sentyabr Milli Musiqi Günü münasibəti ilə musiqili sərgi təşkil edildi.

Qarayeri qəsəbə icra nümayəndəsinin , bələdiyyə üzvlərinin , eləcə də Qarayeri Uşaq Musiqi Məktəbinin kollektivinin və qəsəbə sakinlərinin iştirak etdikləri tədbirdə xalq yaradıcılığından ibarət biçmə-tikmə işləri , taxta və dəmir üzərində oyma işləri , rəsm əsərləri nümayiş etdirildi.

Tədbirin musiqili hissəsində Qarayeri Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin hazırladıqları maraqlı konsert proqramı təqdim olundu.