Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəhbərliyi Naftalan şəhərində vətəndaşları qəbul edib.

11.10.2023

Təsdiqlənmiş vətəndaş  qəbulu cədvəlinə əsasən, Gəncə-Daşkəsən Regional Mədəniyyyət İdarəsinin rəisi vəzifəsini icra edən Pərvin Kazımov tərəfindən,  10 oktyabr  2023 - cü il tarixində Naftalan  şəhərində vətəndaşların müraciəti dinlənilib.

Müraciətlər əsasən işlə təmin olunma, mədəniyyət sahəsi ilə əlaqədar təklif, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub.

Vətəndaşları ayrı-ayrılıqda dinləyən Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəhbərliyi,  müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar vermişdir.

 

2.3 MB

 

2.4 MB

 

2.7 MB