Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, Samux rayonunda vətəndaşları qəbul edib.

05.10.2023

Təsdiqlənmiş vətəndaş  qəbulu cədvəlinə əsasən, Gəncə-Daşkəsən Regional Mədəniyyyət İdarəsinin rəisi vəzifəsini icra edən Pərvin Kazımov tərəfindən 5 oktyabr  2023 - cü il tarixində Samux rayonunda vətəndaşların müraciəti dinlənilib.

 Müraciətlər əsasən işlə təmin olunma, mədəniyyət sahəsi ilə əlaqədar təklif, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub.

Vətəndaşları ayrı-ayrılıqda dinləyən Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəhbərliyi,  müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar vermişdir.

 

 

 

 

6.2 MB

 

6.4 MB

 

5.9 MB