29.09.2023
29.09.2023-cü il tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Mir Cəlal Paşayev Ev Muzeyində görkəmli yazıçı Mir Cəlal Paşayevin anım gününə həsr olunmuş "Bir ömrün manifesti " adlı tədbir keçirildi.
Tədbirdə Gəncə-Daşkəsən Regional Mədəniyyət idarəsinin rəis vəzifəsini icra edən Pərvin Kazımov,Gəncə-Daşkəsən Regional Mədəniyyət idarəsinin Regionlarla iş sektorunun müdiri Nürəddin Babazadə , alim Bayram Apoyev,yazıçı Nüşabə Əsəd Məmmədli, şairlər Sahib İbrahimli, Qərib Mehdi, İnqilab İsaq, Cavanşir Qocayev, Əlimuxtar müəllim, ədibin adını daşıyan 39 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, muzey kolektivi iştirak ediblər.
Tədbir Vətən müharibəsi şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Qonaqlar ədibin həyat və yaradıcılığından danışdılar. Tədbirdə Samux Rayon Sərkar Uşaq Musiqi məktəbinin "Şur" muğam triosu muğamlar səsləndirdi. 39 nömrəli tam orta məktəbin şagirdləri Mir Cəlal Paşayevə həsr olunmuş şerlər söylədilər.