29.09.2023
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Fikrət Əmirov adına 1 nömrəli uşaq musiqi məktəbində 27 sentyabr "Anım günü" ilə əlaqədar "Vətən sağ olsun"adlı tədbir keçirilib.
Tədbirdə ilk olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru öz çıxışında qeyd etdi ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirib. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilib
Məktəbin müəllim və şagirdləri vətənpərvərlik mövzusunda şəhidlərə həsr olunmuş şeir kompozisiyaları və musiqi nömrələri ilə çıxış ediblər.
Sonda anım gününə həsr edilmiş videoçarx nümayiş olunub.