Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Uşaq İncəsənət məktəbində ”27 sentyabr anım günü ”münasibətilə ”Şəhidlər ölməz Vətən bölünməz ” adlı tədbir keçirilib.

29.09.2023

28 sentyabr 2023-cü il tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Uşaq İncəsənət məktəbində "27 sentyabr anım günü "münasibətilə "Şəhidlər ölməz Vətən bölünməz " adlı tədbir keçirilib.

Tədbirdə Gəncə - Daşkəsən Regional Mədəniyyət idarəsinin rəisi vəzifəsini icra edən Pərvin Kazımov, idarə heyəti, musiqi məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər.

Tədbir şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilərək başlandı.   Məktəbin müəllimlərininnin ifasında bəstəkar Vasif Adıgözəlovun "Laylay" mahnısı ,  Murad Hüseynovun "İthaf" musiqisi ifa olunub. Məktəbin şagirdlərindən ibarət xor kollektivinin oxuduğu Azərbaycan xalq mahnısı "Laçın" tədbirə xüsusi rəng qatmışdır.

Tədbir zamanı şəhidlərə həsr olunmuş video çarxlar və xatirə videoları, şagirdlərin ifasında şeir və həzin musiqi nömrələri təqdim edilib.

Tədbirin sonunda Gəncə - Daşkəsən Regional Mədəniyyət idarəsinin rəisi vəzifəsini icra edən Pərvin Kazımov  kollektivə öz təşəkkürünü bildirib

 

99.6 KB

 

95.1 KB