27.09.2023
Gəncə -Daşkəsən Regional Təhsil İdarəsi Samux rayon təhsil sektoru Samux Uşaq-Gənclər Şahmat Məktəbinin təşkilatçılığı,
Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyevin Mərkəzi, Samux rayon Uşaq - Gənclər İdman İdarəsinin iştirakı ilə "27 sentyabr Anım günü" ilə əlaqədar həyata keçirilən rayon üzrə şahmat turniri baş tutub.
Tədbir vətənin bütövlüyü uğrunda canlarından keçmiş tariximizə Zəfər yazmış şəhidlərimizin əziz xatirəsini yad etməklə başladı. Giriş sözü ilə tədbiri açıq elan edən Samux Uşaq Şahmat Məktəbinin direktoru Faiq Aslanov tədbirin mahiyyəti və keçirilmə məqsədi haqda məlumat verdi. Daha sonra Samux rayon təhsil sektorunun müdiri Nurlana Həsənova, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru , Samux Uşaq - Gənclər İdman İdarəsinin rəisi Rasim İmanquliyev mövzu ətrafında çıxışlarını davam etdirdilər.
Turnirin rəsmi açılışını rəmzi ifadəsi olaraq Samux təhsil sektorunun müdiri Nurlana Həsənova, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru ilk gedişi etdilər və turnirdə iştirak edən uşaqlara uğurlar arzuladılar .