27.09.2023
Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 27.09.23-cü il tarixində “Vətən sağ olsun” başlığı altında anım günü təşkil edib.
Tədbirdə 32№-li məktəbin müəllim və şagirdləri iştirak etdilər.Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik süküt edilməsi ilə başladı.
Anım günündə 2020-ci ildə başlanan vətən müharibəsində təcavüzkar düşmənə cavab olaraq Azərbaycanın ərazi bütövlüyü və suverinliyi uğrunda güdən 44 günlük mübarizədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyindən söhbət açıldı.Həmçinin qeyd olundu ki, 44 günlük vətən müharibəsində əldə olunan zəfər xeyirin şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Tədbirdə iştirak edən məktəbin müəllimləri məktəblilərə Qarabağın tarixindən, bu torpaqların əzəli Azərbaycan torpaqları olduğundan və münaqışənin necə başlamasından ,silsilərlə məlumat verdilər. Sonda şagirdlər mövzu ilə bağlı öz fikirləri bildirdilər və zəfərə, vətənə aid şeirlər söylədilər.