Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

21 Sentyabr Beynəlxalq Sülh günüdü

19.09.2018

Xocalı rayon Mədəniyyət evi və Mərkəzi Kitabxana işçilərinin Beynəlxalq Sülh Gününə həsr olunmuş dəyirmi masası keçirilmişdir.

Tədbirdə Xocalı rayon Mədəniyyət evinin direktoru Orxan Məmmədov, mədəniyyət evinin bədii rəhbəri Təranə Qasımova, Mərkəzi Kitabxananın Avtomatlaşdırma və Biblioqrafiya şöbəsinin müdiri Canəli Məmmədov və başqaları çıxış edərək Beynəlxalq Sülh gününün yaranma tarixindən, Xalqımızın sülhsevərliyindən , tolerant olmasından danışdılar.

Sonda iştirakçılar işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad olunmasını arzuladılar.