27.09.2023
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə Dövlət Rəsm Qalereyası və Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialı 27 sentyabr tariximizə qanları ilə şanlı zəfər yazan şəhidlərimizin anım günü ilə bağlı “Zəfərə gedən
yol” adlı dəyirmi masa keçirilib.
İlk öncə Vətən müharibəsində canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Gəncə Dövlət Rəsm Qalereyası, Gəncə şəhər İsrafil Məmmədov adına ev muzeyi, Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialı və Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin,
kollektivi çıxış edərək Vətən Müharibəsində Müzəffər Azərbaycan Ordusunun böyük qəhrəmanlıqları, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyümüzün bərpa edilməsi diqqətə çatdırılıb.
Sonda isə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr edilmiş sərgi nümayiş edilib.