Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Naftalan şəhər Heydər Əliyev Mərkəzində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir təşkil olunub.

27.09.2023

Gəncə - Daşkəsən Regional Mədəniyyət İdərəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir təşkil olunub.

Tədbirdə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli və S.Vurğun adına 2 nömrəli tam orta məktəbin şagird və müəllimləri iştirak edib.

Tədbir , Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə Mərkəzin kiçik elmi işçisi açaraq şəhidlərimizin əziz xatirəsinin daima qəlbimizdə yaşayacağını bildirdikdən sonra, S.Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəlliməsi Təranə Vəliyeva çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq qələbədən söhbət açaraq vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfər xalqımızın qürur mənbəyidir.

Sonda Vətən müharibəsi şəhidlərindən bəhs edən film izlənilib.

 

 

102 KB