Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfərə gedən yolun başlanğıcı” adlı dəyirmi masa keçirilib. 

26.09.2023

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı kitabxana filialında 26.09.2023-cü il tarixdə 27 sentyabr Anım Günü ilə əlaqədar “Zəfərə gedən yolun başlanğıcı” adlı dəyirmi masa keçirilib. 
 Tədbirdə Gəncə şəhər 37 saylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. 
 İlk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi, ədalət və beynəlxalq hüququn bərpa olunması, 44 günlük mücadiləmizin qalibiyyət sevinci tərənnüm olunan, müəllifi Azərbaycan Yazıçılar birliyinin üzvü yazar İradə Əlili və müstəqil jurnalist Vüqar Şahinoğlu olan “Zəfər Yolu” kitabı haqqında ümumi məlumat verilib.

 

86.9 KB